7NEWS.az xəbər verir ki, Türkiyədən olan iş adamı sosial media üzərindən ünvanladığı şikayətdə qeyd edir ki, "Bakı Abadlıq Xidməti" MMC-nin rəhbəri Bünyad Qasımov və onun kürəkəni Hacı Muradın göstərişi ilə Vüqar və Burak adlı şəxslər Ramiz Mehdiyevə 5 milyon dollar pul veriblər. İş adamı qeyd edir ki, vəsaiti səliqəli şəkildə paketləyərək orta ölçülü çamadanla Ramiz Mehdiyevin evinə çatdırıblar.
Şikayətçi sonda bir daha qeyd edir ki, "Bakı Abadlıq Xidməti" MMC-nin rəhbəri Bünyad Qasımov və kürəkəni Hacı Murad buna qədər bir neçə dəfə ciddi dələduzluq ediblər. O, digər dələduzluq faktları ilə bağlı müraciət edəcəyini deyib.






















