"Dostlar, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi".
7News.Az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
Deputat Azərbaycan ordusunun qəhrəman hərbçiləri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmənin itki verərək geri çəkilməyə məcbur edildiyindən bəhs edib:
"Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb. Artıq zaman o zaman deyil. Daxildəki təxribatçılar ifşa olunublar. Daha ermənilərlə əlbir olub təxribat törədə bilməyəcəklər. Bu arada nəzərinizə çatdırmaq istəyirəm ki, mən və ailə üzvlərim heç vaxt Ramiz Mehdiyevi mədh edib tərifləməmişik. Əksinə, onu və komandasını hər zaman ifşa etmişik. Bunu köhnə müsahibələrimdə göstərə bilərəm".

























