Attestasiya əməkdaşların işgüzar, mənəvi və şəxsi keyfiyyətlərini tam və obyektiv qiymətləndirmək, xidmətə və tutduğu vəzifəyə uyğunluq dərəcəsini müəyyən etmək məqsədi ilə keçirilir.Hər bir əməkdaşın attestasiyası 5 ildə bir dəfədən çox olmayaraq keçirilir.

Sözügedən attestasiya ilə bağlı sual doğuran məqamlardan biri də daxili işlər orqanlarının hansı ranqda bu attestasiyada iştirakı ilə bağlıdır. Bu barədə BiG.AZ-a danışan "Polisə Dəstək” İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə ekspertidi Şəmsəddin Əliyev sözegdən attestasiyanın daxili işlər orqanının bütün əməkdaşlarına, eləcə də rayon rəislərinə də şamil ediləcəyini bildirib: "Bildiyimiz kimi idarə rəisləri səviyyəsində olan polis əməkdaşları nazirlik yanında xüsusi komissiyadan keçirilir. Bu əvvəl də, Sovetlərin dönəmində də belə idi. Şöbə rəisləri, şöbə rəislərinin müavini, bölmə rəisləri, əməliyyat müvəkkillərinin iştirakı ilə bir tərkibdə bunlar komissiyadan, attestasiyadan keçirilir. Hər birinin öz ranqı var. Yaradılan attestasiya komissiyası hər bir kəsi attestasiyadan keçirəcək. Buraya rayon rəisləri də daxildir. Rayon rəisləri də təmsil etdikləri rayondakı cinayətlərlə bağlı, polis haqqında qanunla bağlı, konstitusiyanın müddəaları ilə bağlı attestasiyadan keçiriləcək. Bu attestasiya vacib və çox əhəmiyyətlidir".
İcmal.Az