Britaniyanın ITV kanalında yayımlanan, iştirakçılarının çoxu modellər olan "Love Island" (eşq adası) verilişi ilə bağlı daha bir biabırçılıq yaşanıb.
İcmal.Az bildirir ki, realiti-şounun iştirakçısı Ellie Jones bəy iştirakçısı Jack Fincham-a erotik mesaj göndərərək onu yoldan çıxartmaq istəyib. The Sun-un əldə etdiyi məlumata görə, Elli Ceklə cinsi əlaqədə olmaq üçün ona yalvarıb.
Qeyd edək ki, bundan əvvəl verilişin iştirakçılarından olan Meqanın ayda 15 fund-sterlinq (təxminən 35 manat) qarşılığında "uncensored" (senszurasız) çılpaq videolarını izləyiciləri ilə bölüşdüyü, əvvəllər narkotik maddədən istifadə etdiyi aşkarlanmışdı.
İcmal.Az