Regionlarda erkən nikah reallıqları ilə mübarizəyə dair layihəyə start verildi

OXUNUB: 513 Özəl QHT
"Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regionlarda erkən nikahlar: reallıqlar və perspektiv inkişaf  təşəbbüsləri ilə bağlı tədbirlərin keçirilməsi" adlı maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.
2 ay müddətində (1 iyul – 31 avqust 2023-cü il) Ağdaş, Göyçay, Salyan və Biləsuvar rayonlarında həyata keçiriləcək layihənin əsas ideyasını bu regionlarda gənclər arasında ailənin, nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində dövlət qurumlarının vəzifə, öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin araşdırılması, öyrənilməsi, nəticələrin təhlili, obyektiv hesabatlılıq, maarifləndirici seminarlar təşkili və bu sahədə fəaliyyətlərin təkmilləşdirilməsi üzrə tövsiyyə və təkliflərin hazırlanması təşkil edir. 
Layihə çərçivəsində bu fəaliyyətləri (sorğu, təhlil, hesabatlıq, tövsiyyə və təkliflərin hazırlanması, maarifləndirmə, PR, sosial media və s.) həyata keçirərkən ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, səhiyyə, təhsil, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lərlə davamlı əməkdaşlıq və tərəfdaşlıq qurulması da layihə ideyası olaraq nəzərdə tutulur. 
Layihə eyni zamanda erkən nikahlarla mübarizə sahəsində dayanılı və səmərəli təsir mexanizmləri, müdafiə sistemləri, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması üçün vasitə və metodlarının hazırlanmasını da nəzərdə tutur.
Layihədə AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil, Gənclər və İdman nazirlikləri və onların onun regional idarələri, mərkəzləri və yerli icra hakimiyyətləri ilə tərəfdaşlıq qurulacaqdır. 

RƏYLƏR