Səhhətimlə bağlı bir çox problem yaşamışam. Başımda problem olub, qolum üç dəfə sınıb, iki dəfə yerindən çıxıb. Bu yay isə ayağımdan zədə aldım.
İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Günə davam" verilişində deyib.
Sənətçi yeriməkdə çətinlik çəkdiyini söyləyib:
"İndi də onun əziyyətini çəkirəm. İki sümüyün arasına dəmir yerləşdirilib. Yeriməkdə, səhnədə rəqs edəndə problem yaranır. Dəmir çıxandan sonra deyirlər ki, axsama olmayacaq. Bunun əməliyyatı çox uzun çəkdi. 3 ay anamın verdiyi süd burnumdan gəldi. Tərpənmədən eyni formada qaldım".
İcmal.Az

























