Hindistanda seldən qaçan 3 nəfərlik ailə, keçdikləri körpü dağılınca yüzlərlə insanın gözləri önündə sel sularında can veriblər.
İyun - sentyabr ayları arasında baş verən Musson yağışları səbəbilə Hindistan, Banqladeş və Nepalda böyük sel fəlakətləri baş verir. Son rəqəmlərə görə, Hindistanda baş verən sel daşqınları zamanı 45 nəfər həyatını itirib.
Seldən canını qurtarmaq istəyən insanların görüntüləri isə ürək yandırır. Yüzlərlə insan selin vurduğu bölgədən qaçmaq üçün dağılmaq üzrə olan körpüdən keçməyə başlayıb. Ailə üzvləri qaça-qaça körpüdən keçməyə çalışdıqları zaman körpü anidən dağılıb və 3 nəfər suya düşərək can verib.
Seldən qaçan ailənin yüzlərlə adamın gözü qabağında ölümün pəncəsinə düşdüyü anların videosu isə izlənmə rekordu qırır:/milli.az
İcmal.Az