Ürəkparçalayan hekayənin həzin sonu gəldi – Güsüm ana Umudunu itirdi - VİDEO

OXUNUB: 946 MARAQLI
Bir neçə il öncə fədakar türk qadınının qəmli və qürurverən hekayəsini bütün dünya eşitmişdi. 10 il öncə Antalyada xəstəxanada bir qohumunun yanında qalan Gülsüm Kabadayı adlı qadın xəstəxanaya yaralı halda gətirilmiş kim olduğu bilinməyən şikəst bir gənci övladlığa götürmüşdü.

Avtomobil qəzası nəticəsində ağır beyin travması keçirmiş yeniyetmə kim olduğunu xatırlamır və danışa bilmirdi. Aparılan çoxsaylı araşdırmalar nəticəsində onun rus əsilli olduğu məlum olmuş, lakin oğlana heç kim sahib çıxmamışdı.

Ağır yataq xəstəsi olan bu gəncə ana şəfqəti göstərən Gülsüm Kabadayı ona Umud adı verərək evinə gətirmiş və 10 il ərzində qulluğunda durmuşdu.

Lakin bu gün bu həzin hekayənin sonu çatması barədə xəbərlər yayılıb. Umud uzun sürən xəstəlikdən sonra xəstəxanada dünyasını dəyişib. Gülsüm Kabadayı bildirib ki. Umut 10 gündür reanimasiyaya yerləşdirilib və nəfəsalma cihazlarına bağlı şəkildə yaşayırmış.”

Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. Onun üçün əlimdən nə gəlirdisə etdim, lakin qurtara bilmədim. Çox üzgünəm” deyə dünyanın ən fədakar qadını bildirib./big



İcmal.Az
 

RƏYLƏR