2026-cı ilin 6 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitetdə qiyabi formada təhsil alan tələbələrlə görüşüb.
Rektor Anar Eminov çıxışında qiyabi təhsilin universitet üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, bu formada təhsil alan tələbələrin keyfiyyətli tədrisə çıxış imkanlarının genişləndirilməsinin, şəffaf və obyektiv qiymətləndirmə mexanizmlərinin tətbiqinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, qiyabi formada təhsil alan tələbələrin də əyani tələbələrlə eyni hüquq və imkanlara malik olduğunu qeyd edib.
Görüşdə qiyabi formada təhsil alan tələbələrin tədris prosesi, akademik göstəriciləri, imtahan sessiyasının təşkili, elektron universitet modeli çərçivəsində tətbiq olunan yeniliklər, eləcə də tələbələrin sosial və akademik ehtiyacları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tələbələr görüş zamanı onları maraqlandıran məsələlərlə bağlı təklif və istəklərini bildiriblər.
Sonda Anar Eminov tələbələrə təhsillərində uğurlar arzulayıb.
























