Rəmişin həyat yoldaşı BƏRK ƏSƏBİLƏŞDİ: O, nə ağır xəstədir, nə də...

OXUNUB: 875 ŞOU-BİZNES
Rafiq Hüseynovun səhhəti ilə bağlı yayılan məlumatlar yalandır.

7News.Az xəbər verir ki, bunu kult.az-a açıqlamasında Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, Rəmiş nə koronavirusa yoluxub, nə də səhhətində başqa bir problem var:

"Rəmiş sağlamdır. Reytinq qazanmaqdan ötrü Rəmişin adından istifadə edirlər. Sənətkarın adından ağıllarına gələni yazırlar. Dünəndən çox əsəbiyəm. O özü də əsəbiləşir, yaşlı adamdır, 77 yaşı var. Yalan yazanların hamısını məhkəməyə verəcəyəm".

Qeyd edək ki, daha əvvəl Rəmişin ağır xəstə olması, ötən gün isə koronavirusa yoluxması haqda xəbərlər yayılıb.

7News.Az

RƏYLƏR