Rusiya hüquq-mühafizə orqanları 35 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verib.
7News.Az modern-az-a istinadla xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, 1986-cı ildə Mingəçevir şəhərində anadan olan Samir Babayev terror təşkilatının faəliyyətində iştirak etməkdə təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün "İnterpol"a müraciət olunub