Rusiya ABŞ raketlərini vuracaq – XƏBƏRDARLIQ

OXUNUB: 649 DÜNYA

Rusiyanın Livandakı səfiri Aleksandr Zasupkin "Hizbullah”a məxsus televiziya kanalına açıqlama verib.

İcmal.Az xəbər verir ki, səfir ABŞ-ı hədələyib.

O xəbərdarlıq edib ki, Suriyaya ABŞ tərəfindən raket hücumu olarsa, bu addım qarşılıqsız qalmayacaq:

"Amerikalılar Suriyanı vurmağa cəhd etsə, atdıqları raketlər havada zərərsizləşdiriləcək. Eyni zamanda raketlər haradan atılırsa, həmin məkanlar da vurulacaq”.

İcmal.Az

RƏYLƏR