Rusiya aviasiyası Suriyada terrorçuların liderlərini məhv etdi

OXUNUB: 574 DÜNYA

Suriyanın Hələb vilayətində terrorçuların dörd səhra komandiri məhv edilib.

 Bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin hücumu nəticəsində "Hayat Tahrir əş-Şam” qruplaşmasının komandirləri Əbu Musab Suri, Əbu Məhəmməd əz-Zayim, Əbu Bəsir Dar Azza və Əbu Ubayda zərərsizləşdirilib. 

Məhv edilən yaraqlılar Əbu əd-Duhur şəhərində ekstremistlərin fəaliyyətinə nəzarət edirdilər./oxu

 

İcmal.Az

RƏYLƏR