Rusiya Ermənistana tank əleyhinə raket kompleksləri satdı

OXUNUB: 651 DÜNYA

Yanvarın 28-də Ordu Günü münasibətilə Gümrüdə təşkil olunan Ermənistan Silahlı Qüvvələrinə aid texniki və silahların nümayişi zamanı ilk dəfə olaraq, Rusiya istehsalı olan 9К129 "Kornet-E” tank əleyhinə raket kompleksləri (TƏRK) ictimaiyyətə təqdim olunub.

 "Kornet-E” kompleksləri Rusiya tərəfindən təchiz olunub. 

Məlumata görə, tank əleyhinə raket kompleksi Moskvanın 26 iyun 2015-ci il tarixli ikitərəfli müqavilə əsasında Rusiya silah və hərbi texnikasının alınması məqsədilə ayırdığı 200 milyon dollar məbləğində ixrac krediti hesabına alınıb.

Qeyd edək ki, Azərbaycan müqavilə əsasında  2008-ci ildə 100 ədəddən ibarət "Kornet-E” TƏRK partiyasını əldə edib./oxu

 

İcmal.Az

RƏYLƏR