Rusiya kəşfiyyatını kim İFŞA ETDİ? – Qərargah Qırmızı Meydanda YERLƏŞİRDİ

OXUNUB: 663 DÜNYA

Kibertəhlükəsizlik üzrə Niderland Məxfi Xidmətinin (AIVD) agentləri 2016-cı ildə seçkiqabağı kampaniya zamanı ABŞ-ın Demokratlar Partiyasının serverlərinin qırılmasında şübhəli bilinən Rusiyanın "Cozy Bear” haker qruplaşmasının seçkilərə müdaxiləsini onlayn şəkildə izləyirdilər.

Bu haqda "deVolkskrant” qəzeti bildirib.

Qeyd edilir ki, ABŞ prezident seçkilərinə müdaxilədə Rusiyanı ittiham etmək üçün məhz AIVD-dən aldığı materiallardan əsas olaraq istifadə edib. Xüsusi xidmət orqanının agentləri Rusiya hakerlərinin qərargahına 2014-cü ildən girişə malik idilər. Onlar 2014-2017-ci illər arasında əldə etdikləri informasiyanı Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) və Milli Kəşfiyyat Agentliyinə (CİA) verirdilər.

Məlumata görə, Niderland agentləri 2014-cü ilin yayında Moskvada Qırmızı Meydanın yaxınlığında yerləşən universitet binasının kompüter şəbəkəsinə girə biliblər. Burada Rusiya hakerlərinin qərargahı yerləşirdir. Niderlandlı agentlər həmçinin veb-kameraların köməyi ilə Rusiya hakerlərinin hər addımını izləyirdilər.

Onlar "Cozy Bear” qruplaşmasının daim dəyişilən tərkibini öyrənməyi bacarıblar. Qruplaşmada təxminən 10 nəfərin aktiv çalışdığı müəyyən edilib. AIVD həmçinin aydınlaşdırıb ki, onlara Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti rəhbərlik edir. AIVD komandasına hücum əməliyyatlarını yerinə yetirməyə icazə verildi: düşmənin kompüter şəbəkələrinə girmək və hücüm etmək.

Xatırladaq ki, daha əvvəl Rusiya hakerləri 2016-cı il seçki kampaniyası zamanı ABŞ-ın Demokratlar Partiyasının serverlərinə hücumu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sifarişi üzrə həyata keçirdiyini etiraf ediblər. Bu barədə sənədlərı ötən il dekabrın əvvəlində kiberhücuma cəlb olunanlardan biri olan Konstantin Kozlovski özünün Feysbuk səhifəsində açıqlamışdı.

Yekaterinburq sakininin sözlərinə görə, o, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirirdi. Bu tapşırıqlara Demokratlar Partiyasının Milli Komitəsinin serverlərinin qırılması, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yazışmalarının ələ keçirilməsi və sair daxil idi.

Kozlovskinin sözlərinə görə, bütün hərəkətləri "İlya” adı altında Federal Təhlükəsizlik Xidmətinin tapşırığı ilıə yerinə yetirirdi. O, 2008-ci ildə Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməyə başladığını bildirib. Yekaterinburq sakini iddia edirdi ki, Federal Təhlükəsizlik Xidməti ona ABŞ və Avropa İttifaqı ölkələrində ”tədbirlər keçirmək” barədə tapşırıq verirdi.

Qeyd edək ki, Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi üzrə hazırda ABŞ Konqresində araşdırmaları aparılır./publika

İcmal.Az

RƏYLƏR