Cəsarətli davranışı ilə hər kəsi heyrətləndirən Birinci Kanalın əməkdaşı Mariya Ovsyannikova hərəkətinin səbəbini izah edib: "Hazırda Ukraynada baş verənlər cinayətdir. Rusiya isə işğalçı ölkədir. Və bu cinayətin məsuliyyəti yalnız bir şəxsin vicdanındadır. Və həmin şəxs Vladimir Putindir. Atam ukraynalıdır, anam rusdur. Və onlar heç vaxt düşmən olmadılar. Təəssüf ki, mən son illər Birinci Kanalda işləyirəm, Kremlin təbliğatını aparıram və indi bundan çox utanıram. Televiziya ekranından yalan danışmağa icazə verdiyim üçün xəcalət hissi çəkirəm. Rus xalqını zombiləşdirməyə icazə verdiyim üçün utanıram. 2014-cü ildə, bütün bunlar yeni başlayanda susmuşduq. Kreml Navalnını zəhərləyəndə biz mitinqlərə çıxmadıq. Biz sadəcə olaraq bu anti-insani rejimi səssizcə seyr edirik. İndi isə bütün dünya bizdən üz döndərib. Və nəslimizin daha on nəsli bu qardaş qırğınının rüsvayçılığından utanacaq. Biz rus xalqı olaraq çox ağıllıyıq və bu çılğınlığı dayandırmaq yalnız bizim gücümüzdədir. Mitinqlərə çıxın, heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər”.
Ana səhifə
/
Özəl / GÜNDƏM / DÜNYA / Rusiya şokda: BİRİNCİ KANALIN ƏMƏKDAŞI CANLI EFİRƏ PLAKATLA ÇIXDI, SƏBƏBİNİ BELƏ İZAH ETDİ - VİDEO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
Polis 16 yaşlı uşağı silahla vuraraq öldürüb
09.08.2022, 10:21 / Özəl, GÜNDƏM, DÜNYA -
ABŞ-da maska ilə bağlı qeyri-adi qərar
19.04.2022, 13:24 / Özəl, GÜNDƏM, DÜNYA -
TÜBİTAK NATO-nun sınaq mərkəzi seçildi
11.04.2022, 10:08 / Özəl, GÜNDƏM, DÜNYA -
Kosmik turistlər mülki ekipajlı uçuş üçün 165 milyon dollar ödəyiblər
10.04.2022, 09:53 / Özəl, GÜNDƏM, DÜNYA -
Devrilmiş lider Kabore 4 aydan sonra sərbəst buraxıldı
08.04.2022, 16:47 / Özəl, GÜNDƏM, DÜNYA -
Baş nazir İmran Xan Pakistanda etimad səsverməsi keçirəcək
08.04.2022, 16:41 / Özəl, GÜNDƏM, DÜNYA -
Polşa baş nazirinin sözlərinə Makrondan sərt reaksiya
07.04.2022, 18:08 / Özəl, GÜNDƏM, DÜNYA -
“İstilik dalğası” ilk dəfə Antarktidanın mərkəzi hissəsinə çatıb
07.04.2022, 16:23 / Özəl, GÜNDƏM, DÜNYA