Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı oldu

OXUNUB: 720 DÜNYA

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ermənistandakı daxili siyasi vəziyyət müzakirə olunub.

 

"Telefon danışığı zamanı, həmçinin, tərəflər Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin missiyası və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri də müzakirə etdilər", - deyə Ermənistan MN-nin məlumatında deyilir.

RƏYLƏR