Rusiya xaricdəki bu bazalarda həmişəlik qalacaq

OXUNUB: 596 DÜNYA

Rusiya Suriyanın Tartus və Xmeymim bazalarında hərbi qulluqçularının daimi qruplaşmasının formalaşdırılmasına başlayıb.

Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Keçən həftə Ali Baş Komandan (Rusiya prezidenti Vladimir Putin –red.) Tartus və Xmeymimdəki hərbi bazaların strukturu və ştatlarını təsdiq etdi. Biz bu bazalarda daimi qruplaşmaları formalaşdırmağa başladıq”, - nazir deyib.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurası Tartusda Rusiyanın Hərbi-Dəniz Donanmasının genişləndirilməsi haqqında Suriya-Rusiya razılaşmasını təsdiqləyib. Razılaşma Dövlət Dumasında dekabrın 21-də təsdiqlənmişdi./publika

İcmal.Az

RƏYLƏR