Rusiyada ağır qəza: Doqquz ölü – VİDEO

OXUNUB: 750 DÜNYA

Rusiyanın Yakutiya Respublikasının Meqino-Kanqalasski rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilir.

Hadisə dekabrın 8-də axşam saatlarında "Kolıma” federal yolunda baş verib. Qarşı yola çıxan "UAZ” mikroavtobusu "KamAZ” yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobus alovlanıb.

Faktla bağlı cinayət işi açılıb./oxu

İcmal.Az

RƏYLƏR