Rusiyada binada partlayış olub, 38 nəfər təxliyyə edilib

OXUNUB: 572 DÜNYA

Rusiyanın Sverlovsk vilayətinin Yekaterinburq şəhərində çoxmərtəbəli binada partlayış baş verib.

Bu barədə "RİA Novosti” agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, xilasedicilər binadan 38 nəfəri təxliyyə ediblər. Hadisə nəticədə 11 nəfər xəsarət alıb. Onlardan 5-i uşaqdır.

İlkin məlumata görə, mənzillərdən birində saxlanılan qaz ballonu partlayıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR