Rusiyada irimiqyaslı yanğın baş verib - Əhali təxliyyə olunur - VİDEO

OXUNUB: 737 DÜNYA

Rusiyanın Rostov şəhərində böyük yanğın baş verib. 

 Yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir. Artıq hadisə yerində bir neçə partlayış səsləri də eşidilib.

Hadisə yerinə yanğınsöndürmə xidməti və polis əməkdaşları cəlb olunub. Əhali təxliyyə edilir. Alov artıq 5 min kvadrat metr əraziyə yayılıb.

Yanğının söndürülməsinə "Mi-8" helikopteri də cəlb olunub. /apa

İcmal.Az

RƏYLƏR