Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin Hərəkatı" tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş" şüarı ilə aksiya keçirilib.
7News.azxəbər verir ki, minlərlə ukraynalının iştirak etdiyi mitinqə Azərbaycan diasporunun fəalları da qatılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yürüş zamanı və mitinqin keçirildiyi məkanda Mixail Saakaşvilinin yanında olub.
Mitinqdə Ukrayna ilə yanaşı Azərbaycan bayrağı da dalğalanıb.
Aksiya iştirakçıları Taras Şevçenko adına parkda toplaşıblar, sonra hökumət orqanlarının binasına tərəf gediblər.
Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər.
M.Saakaşvili növbəti mitinqin bazar günü - Maydanda keçiriləcəyini elan edib. Bildirib ki, onu həbs etsələr belə "Yeni Qüvvələrin Hərəkatı" məqsədinə çatmalıdır.
Həm yerli, həm də beynəlxalq ekspertlər vurğulayır ki, M.Saakaşvili Maydanda keçirəcəyi mitinqlə hazırkı prezident Petro Poroşenko və hökumətinin sonunu hazırlaya bilər.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Azərbaycanlı şagirddən BÖYÜK UĞUR
29.12.2023, 16:37 / MARAQLI, SOSİAL -
Dünyada ikinci olan kanyonu ilə məşhur turizm məkanı — Atatürkün adını verdiyi Kemaliye...
15.11.2023, 09:34 / MARAQLI -
Bakıda “Prius”u dənizə “aşıran” SİRLƏRİ AÇDI - VİDEO
13.11.2023, 20:02 / MARAQLI, HADİSƏ -
Vasif Talıbovun oğlu 450 minlik maşını ilə “Port Baku”da – VİDEO
07.11.2023, 16:19 / MARAQLI -
Vardanyanın milyardlıq mülkləri...
02.10.2023, 11:23 / MARAQLI, GÜNDƏM, SOSİAL -
Avtomobillərə hansı örtüklər çəkilə bilər? - Bu qaydalara əməl etməyənlər CƏRİMƏLƏNƏCƏK
23.01.2023, 18:11 / MARAQLI, SOSİAL -
Əli İnsanova böyük jest: 40 kilo qızılı geri qaytarılır
05.01.2023, 12:53 / MARAQLI