Sabah.az-ın 1 yaşı tamam oldu

OXUNUB: 583 SOSİAL

Bu gün "Sabah.az” xəbər portalının fəaliyyətə başlamasından bir il ötür.

 

"5 Media” şirkətinə məxsus olan Sabah.az 2020-ci ilin fevralın 7-də yaradılıb. Sayt gün ərzində ölkədə və dünyada baş verən ən yeni xəbərləri oxuculara təqdim edir.

Qeyd edək ki, "5 Media”nın tərkibinə "Sabah.az”la yanaşı, "Qol.az” idman portalı, "Axşam.az” saytı və aşağıda qeyd olunan böyük auditoriyalı sosial media səhifələri, "Youtube” kanalı daxildir:

* Facebook”da 1 milyon 425 min izləyicisi olan Azərbaycanın ən böyük 2-ci səhifəsi.

* İnstaqramda 525 min izləyicisi olan səhifə

* "Facebook”da 88 min və 18 min izləyicisi olan səhifələr

* 25 min abunəçisi olan "Youtube” və 1000-dən çox üzvü olan "Telegram” kanalı.

 

"5 Media” MMC 2013-cü ilin oktyabrın 2-də Vergilər Nazirliyi tərəfindən qeydə alınıb. Şirkətin icraçı direktoru Mirhacib Məciddir.

RƏYLƏR