Sabirabadda həkim səhlənkarlığı - Tənzif bağırsaqda qaldı - VİDEO

OXUNUB: 1004 Səhiyyə

Sabirabadda əməliyyat zamanı səhlənkarlıq baş verib.

İcmal.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb.

Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb.

Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib.

Qadını bir il əvvəl əməliyyat edən həkim Şahin Cəfərov isə tənzifin tibb bacılarından biri tərəfindən unudula biləcəyini istisna etməyib:

"Əməliyyatdan sonra tənzif bir-bir sayılır. İndi mən bilmirəm ki, həmin gün hansı tibb bacısı işləyib. Əgər belə bir hal baş veribsə, görək hansı tibb bacısının növbəsində olub”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.

 

İcmal.Az

RƏYLƏR