Sablya üzrə milli komandamızın lideri Anna Başta Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb. Qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna 1/8 finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib. Başta 1/4-də Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi İrina Şçukla üzərində 15:10 hesablı qalibiyyət əldə edən Anna finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib. Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Sevil qrupda 5, Səbinə və Valeriya isə 4 qələbə qazanıb. Valeriya Bolşakova 1/8 finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Sevilya Bünyatova 1/8-də Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.
Sablya üzrə milli komandamızın lideri beynəlxalq turnirdə qızıl medal qazanıb
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
23.12.2025, 10:57 / Özəl, İDMAN, BANK -
Füzuli Musayev Müdafiə Nazirliyinin komandasını təhqir edib?
21.12.2025, 10:15 / İDMAN -
Bəhlul Mustafazadə "Qarabağ"dan gedir?
23.11.2025, 11:12 / İDMAN -
Tahir Gözəlin torpaq davası...
07.11.2025, 21:23 / İDMAN -
"Kopenhagen" Bakıda niyə loqosuz forma ilə oynadı?
02.10.2025, 15:20 / İDMAN, SOSİAL -
Cüdo Federasiyasında nə baş verir? – Prezidentə müraciət edildi
29.08.2025, 15:33 / HADİSƏ, İDMAN -
Bakıda idmançılar sahibkara silahlı hücüm edib?- İDDİA-VİDEO
04.08.2025, 17:15 / HADİSƏ, İDMAN
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə “Məlhəm” Hospitalda yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı
-
GÜNDƏM, Özəl, SİYASƏT Deputatdan Əli Kərimliyə: “İfadə vermək əvəzinə, yazımı yazırsan?!”
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT Sudan səmərəli istifadənin təkmil üsullarımın tətbiqi mövsusunda geniş tərkibli iclas keçirildi - Fotolar
























