Sahil Babayevin işçisinin adı cinayət işində — Məhkəmə SƏNƏDLƏRİ

OXUNUB: 1137 index-manşet SOSİAL

Azərbaycanda dələduzluqda, vəzfəli şəxsə rüşvət təklif etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Şahin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 Şahin Hüseynov 2 iyul 2014-cü il tarixdən 2016-cı ilin mart ayınadək olan dövr ərzində bir sıra hallarda ayrı-ayrı vətəndaşları aldatmaqla, özgənin əmlakınıələ keçirib, təkrar dələduzluq etməklə, bir sıra hallarda isə ayrı-ayrı vətəndaşları ələ alıb, vasitəçilik etməklə, onları xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə pul verməyə təhrik edərək, əslində isə hər hansısa vəzifəli şəxsə rüşvət şəklində vermək niyyətində olmadan, aldığı həmin pulları öz mülkiyyətinə keçirməklə, özgənin əmlakını ələ keçirib ayrı-ayrı şəxləri üşvət verməyə təhrik edib.


Belə ki, Şahin Hüseynov xəstəlikdən əziyyət çəkən Səadət Gülalıyevanın xəstəliyə görə təqaüd alması üçün ona köməklik etmək imkanına malik şəxs olduğuna sonuncunun əri Beyləqan rayonu Dünyamalılar kənd sakini Vilayət Gülalıyevi inandırıb. O, 1700 manat məbləğində pul verəcəyi halda Səadət Gülalıyevanın qısa zamanda təqaüd almasını təmin edəcəyinə dair yalandan vəd verib.


Şahin Hüseynov qeyd olunan məbləğdə pulu ələ keçirmək məqsədi ilə 2 iyul 2014-cü il tarixdə yaşadığı Beyləqan rayonu Yuxarı Aran kəndindəki evində Vilayət Gülalıyevdən 1700 manat, əlavə xərcləri ödəmək üçün isə 2015-ci ilin oktyabr ayında qohumu Beyləqan rayonu, Dünyamalılar kənd sakini Cəfər Cəfərovun evindəəlavə 200  manat, bir müddət sonra isə Beyləqan şəhəri, Magistiral küçəsində fəaliyyət göstərən "Rahil” adlı aptekin binası qarşısında 50 manat alıb.


Bundan sonra o, Beyləqan rayonunun Bahar qəsəbəsi sakini Elman Rüstəmovu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan rayon Mərkəzinin müdiri Anar Vəliyevlə yaxın münasibətdə olduğuna görə sonuncunun vasitəsilə ayrı-ayrı şəxslərin ünvanlı sosial yardım almasını təmin etmək imkanına malik şəxs olmasına inandırıb. O,Elman Rüstəmovu ələ alıb, sonuncunu qeyd etdiyi vəzifəli şəxsə 500 manat məbləğində rüşvət verməklə, tez bir zamanda sənədlərin toplanacağı və ünvanlı sosial yardım alacağına dair yalandan vəd verib.


Əslində isə həmin pulu rüşvət şəklində hər hansısa vəzifəli şəxsə vermək niyyətində olmayaraq, ələ keçirmək məqsədi ilə 12 yanvar 2016-cı il tarixdə həmin Mərkəzin binası yaxınlığında Elman Rüstəmovdan onun qohumu Eyvaz Salmanova məxsus VAZ-2106 markalı avtomobildə 500 manat məbləğində pul alıb.


Daha sonra Şahin Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan rayon Mərkəzinin müdiri Anar Vəliyevlə yaxın münasibətdə olduğuna görə sonuncunun vasitəsilə ayrı-ayrı şəxslərin ünvanlı sosial yardım almasını təmin etmək imkanına malik şəxs olmasına inandırdığı Beyləqan rayonu Bahar qəsəbə sakini Elman Rüstəmovun vasitəsi ilə sonuncunun qudası -  həmin qəsəbə sakini Eyvaz Salmanovu ələ alıb.


Şahin Hüseynov Eyvaz Salmanova vəzifəli şəxsə 500 manat məbləğində rüşvət verməklə gəlini Nərgiz Salmanovanın tez bir zamanda sənədlərin toplanacağı və ünvanlı sosial yardım alacağına dair yalandan vəd verib, istədiyi pulu zərərçəkmişdən almağa nail olub.


Bundan əlavə, Şahin Hüseynov Beyləqan rayonu Bahar qəsəbə sakini Zümrüd Məmmədovaya  özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan rayon Mərkəzinin müdiri Anar Vəliyevlə yaxın münasibətdə olduğuna görə sonuncunun vasitəsilə ayrı-ayrı şəxslərin ünvanlı sosial yardım almasını təmin etmək imkanına malik şəxs olmasına inandırıb. O, Zümrüd Məmmədovanı ələ alıbŞ sonuncunu qeyd etdiyi vəzifəli şəxsə 500 manat məbləğində rüşvət verməklə tez bir zamanda sənədlərin toplanacağı və ünvanlı sosial yardım alacağına dair yalandan vəd verib, aldatma yolu ilə ondan 500 manat ala bilib.


Bundan başqa, Şahin Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan rayon Mərkəzinin müdiri Anar Vəliyev adından istifadə etmək yolu ilə ünvanlı sosial yardım düzəltmək adı ilə Xeyransə Muradzadədən 1200, Rauf Nuriyevdən 600, Emin Cəfərovdan 450, Elgün Təhməzovdan 500, Məhəmməd Hüseynovdan 600, Vilayət Ağayevdən 400, Rüfət Əhmədxanovdan 550, Nəzər Qarayevdən 350, Taleh İmanovdan 600, Seymur Əliyevdən 600, Qoşqar Hüseynovdan 600, təqaüd düzəltmək adı ilə Nuranə Təhməzovdan 170 manat alaraq, dələduzluq edib.


İstintaq orqanı tərəfindən Şahin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar rüşvət alma) və 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Şahin Hüseynov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin olunmayıb.


Şahin Hüseynov Ali Məhkəməyə kasasiya şikayəti versə də, onun kasasiya şikayəti təmin olunmayıb.


Pentensiar Xidmətin Cəza Çəkmə müəssisəsində cəza çəkən Şahin Hüseynov cəzasının yüngülləşdirilməsi üçün Qaradağ rayon Məhkəməsinə müraciət edib. O, barəsində 20 oktyabr 2017-ci il tarixli qanununun tətbiq edilməsini istəyib.


Qaradağ rayon Məhkəməsi onun şikayətini təmin etməyib.


Bu qərardan narazı qalan Şahin Hüseynov apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib./demokrat


7News.Az

RƏYLƏR