Şahzadənin toyu təxirə salındı - FOTO

OXUNUB: 598 MARAQLI

Yaponiya imperator sarayı idarəsi şahzadə Akişinonun qızı şahzadə Makonun Key Komuro ilə nikahının təxirə salındığını elan edib. Onların toyunun cari ilin noyabrında keçirilməsi planlaşdırılmışdı.

 Fevralın 7-də təşkil edilən mətbuat konfransında bu barədə məlumat verən saray idarəsinin nümayəndəsi Takaharu Kati bunun bir sıra səbəblərinin olduğunu bildirib.

Onun sözlərinə görə, gələn il İmperator Akihitonun taxtdan imtinası və vəliəhd-şahzadə Naruhitonun taxta çıxması ilə əlaqədar bir sıra mühüm hadisələr gözlənilir.

T.Kati əlavə edib ki, şahzadə Makonun Key Komuro ilə toyu İmperatorun dəyişməsi ilə əlaqədar saraydakı bütün işlər başa çatdıqdan sonra, 2020-ci ildə keçiriləcək.

Saray idarəsinin bildirdiyinə görə, gələcək gənc ailənin üzvləri də toya və birgə həyata hazırlıq üçün kifayət qədər vaxta ehtiyac duyduqlarını bildiriblər./publika

İcmal.Az

RƏYLƏR