Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton dünər Londonun Çelsi səmtindəki Kinqs Roud küçəsində tıxaca düşüb.
Britaniyanın gələcək kralının xanımı oğlu, şahzadə Corcu "Thomas's Battersea" məktəbindən götürməyə yollanmışdı.
4 yaşlı şahzadə Corc Kensinqton Sarayından 4 km aralıdakı bu məktəbdə oxuyur.
11 saylı avtobusun yanında yarım saat tıxacda qalandan sonra Kembric hersoginyası sürdüyü Range Rover-lə məktəbə yönələ bilib./milli


İcmal.Az

























