11-14 dekabr tarixlərində "Gənc Velosipedçilər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının, BMT-nin Əhali Fondunun və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Biləsuvar rayonunun Xırmandalı və Aşağı Cürəli kəndlərində, o cümlədən rayon mərkəzində yaşayan və velosiped idman növü ilə maraqlanan qızlar və oğlanlar üçün "Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda 4 günlük seminar-təlim, sonda isə veloyürüş keçiriləcək.
			  
					
					
					
			 
			
			
			
				
























