Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimovun daha bir qanunsuz əməli ortaya çıxıb.
İcmal.az-ın məlumatına görə, Tahir Kərimov Salyanın icra başmçısı olduğu dövrdə (2011-2016-cı illərdə) rayonda fəaliyyət göstərən iş adamlarını müflis etməklə yadda qalıb.Demokrat.az
O, rayondakı sahibkarlardan aylıq pul toplayaraq, öz ailə biznesini genişləndirməklə məşğul olub. Hətta, vəziyyət o həddə çatıb ki, Tahir Kərimov rayondan olan iş adamlarının övladları üçün təşkil etdiyi toy mərasimlərinə qatılmaq üçün əvvəlcədən pul tələb edib, pul göndərməyən sahibkarları isə elektrik verilişini dayandırmaqla cəzalandırıb.
Əldə etdiyimiz yeni məlumata görə, Tahir Kərimov bir neçə il əvvəl Salyan rayonunun Qarabağlı kəndində fəaliyyət göstərən bir neçə iş adamından məcburi şəkildə pul alaraq, qızı üçün 100 min dollarlıq ağ rəngdə "Toyota Land Cruiser 200" model avtomobil alıb.
İş adamları Tahir Kərimova verdikləri vəsait hesabına bahalı avtomobil alınmasını sonradan bildiklərini deyirlər.
Sözügedən məsələ ilə bağlı Tahir Kərimovun mobil telefon nömrələrinə zəng etsək də, ancaq onunla əlaqə saxlamaq mümkün olmayıb.
Salyanın keçmiş icra başçısı qızına 100 minlik maşın aldı - FOTO
Fotoları təqdim edirik
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
-
MDU-da Türkiyə təcrübəsi: Tədqiqat və rəqəmsal idarəetmə bir arada
02.04.2026, 20:49 / SOSİAL -
Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı
02.04.2026, 14:22 / Özəl, SOSİAL -
"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb
02.04.2026, 13:18 / Özəl, SOSİAL -
Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib
01.04.2026, 17:29 / Özəl, SOSİAL -
-
Otaqlıda dirilən milli dəyərlərimiz...
31.03.2026, 15:21 / KÖŞƏ, Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
-
HADİSƏ Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?
-
HADİSƏ 240 min vergi borcu, ölüm və koma qalmaqalları… – “MedAura” klinikası adını niyə dəyişir?

























