Samux sakinindən 9 kq narkotik çıxdı-FOTO

OXUNUB: 832 HADİSƏ
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan 7 NEWS.az - ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş "marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və  zirzəmidən 2 ədəd sintetik torabada, təmiz çəkisi 9 kq 200 qram  narkotik vasitə olan "marixuana” aşkar edilib. 
A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
 

RƏYLƏR