Samuxda kişi arvadını ölümcül döydü

OXUNUB: 781 SOSİAL

Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb. 

Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR