Samuxda qız qaçıran şəxslərin avtomobili su kanalına düşüb

OXUNUB: 782 HADİSƏ

Samuxda avtomobil su kanalına düşüb.

İcmal.Az Report-a Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər "VAZ-2107" markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR