Saqintayev: Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq

OXUNUB: 658 SİYASƏT

"Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq".

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir: "Çindən gələn konteyner Qazaxıstan limanından və Xəzərdən keçməklə Azərbaycana çatır və bu yük bu gün Azərbaycandan yola salınacaq".

İcmal.Az

RƏYLƏR