Sarkisyan dünyanın kriminal avtoritetlərini İrəvana toplayır - SƏBƏB

OXUNUB: 583 DÜNYA

Dekabrın 18-də İrəvanda "qanuni oğrular”ın növbəti yığıncağı keçiriləcək.

Bu haqda "Qraparak" qəzeti bildirib.

Nəşrin yazdığına görə, kriminal avtoritetlər "Armen Kanevski” kimi məşhur olan "qanuni oğru” Armen Artünyanın ölümünün 7-ci ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etməyə hazırlaşır./publika

Artünyan 2010-cu il dekabrın 18-də şəkərli diabet xəstəliyindən ölüb. Müxtəlif ölkələrdən olan avtoritetlər hər il bu tarixdə onun qəbrini ziyarət etmək üçün İrəvana toplaşırlar.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin özünün də kriminal dünya ilə əlaqələri haqda tez-tez yazılır. Ermənistan prezidenti Serj Sarkisyan da birbaşa cinayət aləmi ilə əlaqədə olduğu bildirilir.

 

 

İcmal.Az

RƏYLƏR