Bu barədə saytımıza açıqlamasında QHT sədri, internet media ekspert Səbuhi Abbasov məlumat verib: "COP29 bu platformanın öncəki tədbirləri ilə müqayisədə daha böyük və strateji sahələri əhatə edəcəkdir. Həm texniki-təşkilati məsələlər, həm hazırlıq mərhələsi onu deməyə əsas verir ki, COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır. Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir.Hər kəsə bəllidir ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq.Azərbaycan uzun illər ekeloji terrorun qurbanı olduğundan bu sahədə ciddi təcrübəyə malikdir. Eyni zamanda, bir çox dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların COP29-a münasibəti həm dövlətimizin qüdrətini, həm də, Prezident İlham Əliyevin dünya siyasi meydanındakı mühüm çəkisini göstərir. İlk dəfə Bütöv Azərbaycan olaraq reallaşdıracağımız bu mühüm tədbir, həm də, QHT, media qurumları üçün, xüsusən də bu sahədə ixtisaslaşan gənclərimiz üçün mühüm təcrübə olacaq, yeni imkanlar açacaqdır. Təbii ki, anti Azərbaycan qüvvələri qarayaxma kampaniyaları təşkil edərək bütün mümkün kiber alətlərlə fəaliyyətdə olacaqlar. 44 günlük müharibədə olduğu kimi, bu dəfə də informasiya savaşında hər birimiz ayıq-sayıq olmalı, təxribatlara bütün platformalarda faktlarla cavab verməliyik.”
Ana səhifə
/
İQTİSADİYYAT / Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış ediblər - Fotolar
31.10.2025, 13:06 / Özəl, İQTİSADİYYAT -
InvestAZ və Naxçıvan Dövlət Universiteti maliyyə bazarları üzrə praktik seminar təşkil etdi
31.10.2025, 11:11 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
"Araz" supermarketlər şəbəkəsi "Zəfər üçün yarış" silsilə tədbirlərinə start verdi
30.10.2025, 14:06 / Özəl, İQTİSADİYYAT -
Yelo Bank-dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu
30.10.2025, 14:05 / Özəl, İQTİSADİYYAT, BANK -
Ramiz Mehdiyevin "Bakı Abadlıq Xidməti"ndəki adamı bəlli oldu - BÜNYAD QASIMOV (ŞOK VİDEO)
30.10.2025, 13:27 / Özəl, İQTİSADİYYAT -
Lökbatanda 23 kilometrlik kollektor və sutəmizləyici qurğu tikilir - Videoreportaj
30.10.2025, 12:09 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
Maliyyə Nazirliyi TƏBİB-də yoxlamalar aparır
29.10.2025, 17:02 / İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
GÜNDƏM, Özəl “Dəniz” Hospitalından şikayət: Dolğu əvəzində “vazelin” vurulub, pasiyentin ayağı çür*yür…
-
Səhiyyə, GÜNDƏM Deputatın şirkəti 9 ayda 42,3 milyonluq sifariş alıb – MOM-la “Azəri Med” arasında şübhəli sövdələşmə
-
Texnologiya, Özəl "ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

























