"Səfərlər zamanı Prezidentə qarşı törədilən təxribatların arxasında bu erməni təşkilatı dayanır" - Səbuhi Abbasov

OXUNUB: 54 Özəl SİYASƏT
Bu barədə saytımıza açıqlamasında QHT sədri, politoloq Səbuhi Abbasov deyib: "Dünən Vaşinqtonda baş verənləri, çox güman ki, hər biriniz izlədiniz. Bir qrup sürünün strateji tədbir zamanı Prezident İlham Əliyevin qaldığı otelə soxulma cəhdi xəyanətdən, riyakarlıqdan başqa bir şey deyil. 

Ümumiyyətlı, Prezident və ailəsinə qarşı son 2 ayda başlanan kampaniyaların bir mərkəz tərəfindən idarə olunması heç kimdə şübhə doğurmamalıdır.  Konkret dünənki rəzilliklə bağlı bir məqamı xüsusi vurğulamalıyam. Təsəvvür edin ki, bir neçə satılmış azərbaycanlı otelə daxil olmaq, şuarlar səsləndirməklə təxribat törədir, buna da ilk reaksiya erməni təşkilatı olan ANCA-dan gəlir. Artıq oyunlar da gizli getmir, kartlar açıqdır, elə təhlükəlisi də budur. ANCA rəhbəri Frenk Pallone nəinki reaksiya verir, hətta açıq dəstək də nümayiş etdirir. 

Frenk Pallone isə illərdir ki, anti Azərbaycan kampaniyalarına rəhbərlik edir. Erməni lobbisinin maliyyəsi ilə formalaşan təşkilat, həm də süni intellekt proqramları üzrə ixtisaslaşmaqdadır. Görünən odur ki, Prezident İlham Əliyevə qarşı səfərlər zamanı cəhd edilən təxribatlar və ailəsinə qarşı süni intellektlə hazırlanmış bəzi utancverici foto, videoların arxasında, məhz ANCA və bu kimi erməni lobbisinin maliyyəsi ilə formalaşan təşkilatlar dayanır. 

Aydın məsələdir ki, Ermənistanın rəzil məğlubiyyəti, Azərbaycanın bütövləşməsi və İlham Əliyevin dünya səviyyədə reytinqinin qalxması bəzi dairələri, şəxsləri, hətta dövlətləri ciddi şəkildə narahat edir. Ancaq onların unutduğu bir məqam var: Nə edirlərləsə etsinlər, Ilham Aliyev hər zaman bir addım qabaqda olur."

RƏYLƏR