Səfir: Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar intensiv və yaxşı gedir

OXUNUB: 694 SİYASƏT

"Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq sazişlə bağlı danışıqlar intensiv və yaxşı gedir”.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasdeyib. O bildirib ki, yeni sənəd Aİ və Azərbaycan arasında 1998-ci ildən mövcud olan sazişi əvəzləyəcək.

Səfir qeyd edib ki, sazişlə bağlı növbəti görüşlərin noyabrda baş tutacaq "Şərq tərəfdaşlığı” sammitinə qədər keçirilməsi nəzərdə tutulur.

İcmal.Az

RƏYLƏR