“Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqorturizm təsərrüfatlarına infotur təşkil olunub

OXUNUB: 301 İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən "Şəhərdən Kəndə” layihəsi çərçivəsində "Sitrus vadisi” və "Lerik Longevity Honey" aqroturizm təsərrüflarına infotur təşkil olunub.
İnfoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətindən 33 nümayəndə iştirak edib. Nümayəndələr əvvəlcə Lənkəranın İstisu qəsəbəsində yerləşən "Sitrus vadisi” təsərrüfatında göstərilən xidmətlərlə tanış olub, sitrus, kivi və feyxoa bağlarında təbii məhsulların dadına baxıblar. Təsərrüfatda qonaqlara sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar, sitrus meyvələrindən hazırlanan məhsullar barədə məlumat verilib.
Daha sona qonaqlar Lerikdə yerləşən "Lerik Longevity Honey" təsərrüfatına səfər ediblər. Turizm şirkətlərinin nümayəndələri təsərrüfatda balın toplanması və süzülməsi prosesində iştirak edib, onlara müxtəlif arı məhsullarının hazırlanması, arı məhsullarının faydaları barədə onlara məlumat verilib. Qonaqlar sonda "Lerik Longevity Honey" aqroturizm təsərrüfatında hazırlanan yerli mətbəxin təamları ilə tanış olublar.
Qeyd edək ki, "Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bugünədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.
 




 

RƏYLƏR