Paytaxtın əsas mərkəzi küçəsi olan İslam Səfərlidə aparılan işlərin 4 aydan çoxdur davam etməsi və günlərlə heç bir iş görülməməsi sakinlərin narazılığına səbəb olub.
Sakinlər Bakının mərkəzində iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkının birləşdirilməsi məqsədilə aparılan təmir işlərindən narazıdır. Aparılan işlərin nəzarətsiz, ləng həyata keçirilməsi sakinləri təngə gətirib. Şəhərin mərkəzində yaşayış binlaraının arası dizə qədər palçıqdır. Sakinlər bu vəziyyətdə nə işə gedə, nə uşaqlarını məktəb və bağçaya apara bilmir.
Sakinlər bildirib ki, vəziyyət 4 aydan çoxdur ki, belədir:
"İşlər ləng gedir. 4 aydır bu vəziyyətdəyik. Bu neçə ayda bu küçədə heç bir iş getmir. Yağıntılar başlayanda vəziyyət lap betər olur. Bu şəraitdə də sakinlərə deyirlər ki, gedin-gəlin. Yaxınlıqda olan yaşayış yerləri, obyektlər, məktəb, bağça yolu bu vəziyyətn əziyyət çəkir. Kimədə söz deyirik, deyir, get hara istəyirsən de”.
Qeyd edək ki, avqust ayından başlayan işlər Bakı şəhər İcra Hakimiytəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılır.
İşlərin nə vaxt bitəcəyini öyrənmək istəsək də heç bir qurumdan bunu dəqiqləşdirə bilmədik.





















