"Yeteneksizsiniz Türkiye" verilişində yenə maraqlı anlar yaşanıb.
Verilişə qatılan sehrbaz qeyri-adi şousu ilə növbəti mərhələyə keçə bilib. O, Acun Ilıcalı və Hülya Avşardan "hə" cavabını alıb, digər münsif isə ona "yox" deyib.
Abidin Özçelikçi adlı sehrbaz səhnəyə dəvət etdiyi 6 nəfərdən birinin gözlərini bağlayaraq illuziya göstərib. O, gözlərini bağladığı tamaşaçını hipnoz edib və özü ilə gətirdiyi oyuncağa tətbiq etdiyi bütün hərəkətləri gözü bağlı tamaşaçıya ötürüb.
O, oyuncağın barmaqlarını alışqan vasitəsi ilə yandırdıqda gözü bağlı iştirakçı da ağrını hiss edib və səhnədə qışqırıb. Münsiflər və tamaşaçılar əvvəlcə qızın qışqırığından qorxsalar da, sonradan nəyin baş verdiyini anlayıblar./milli
İcmal.Az



























