Səlahiyyət müddəti bitən 11 hakimlə bağlı qərar verildi

OXUNUB: 745 SOSİAL

Bakı Apellyasiya Məhkəməsinin hakimlər korpusunda da dəyişikliklər edilib.

Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki,  səlahiyyət müddəti bitən 11 hakimə yenidən etimad göstərilib. 

5 hakimin vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə təyin edilib.  İki hakim də vəzifələrini dəyişdirməsi ilə əlaqədar ( Toğrul Əliyev, Vüqar Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. 

Sumqayıt və Şirvan Apellyasiya Məhkəmələrində işləyən iki hakim isə Bakı Apellyasiya Məhkəməsinə təyin edilib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR