Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakinləri, Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri "VAZ 2107” və "VAZ 2106” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rafiq Abbasov 15 gün müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib. K. Hüseynovun törətdiyi qayda pozuntularına hüquqi qiymət verilməsi üçün barəsində toplanan material Gədəbəy rayon Məhkəməsinə göndərilib.
Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb-VİDEO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
02.04.2026, 13:38 / HADİSƏ -
İdarə rəisi Qafar Ağayev agackəsiminə hansı şərtlərlə razılaşır?
01.04.2026, 12:26 / HADİSƏ, İQTİSADİYYAT -
Yanan yaxtalar ona məxsus imiş
22.03.2026, 20:00 / HADİSƏ -
Kəmaləddin Heydərovun həbs etdirdiyi iş adamı kimdir? – DETALLAR
18.03.2026, 13:06 / HADİSƏ -
Bakıda 60 manata əl enerjisi ilə "müalicə" - "Bİ ES VİP"də qalmaqallı görüntülər (VİDEO)
13.03.2026, 16:38 / HADİSƏ -
"Azərsığorta"nın sədr müşavirinin yüz minlik maşınından 45 min oğurlandı
12.03.2026, 10:43 / HADİSƏ -
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
-
HADİSƏ Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?
-
HADİSƏ 240 min vergi borcu, ölüm və koma qalmaqalları… – “MedAura” klinikası adını niyə dəyişir?

























