Şəmkirdə dəhşətli qəza: yaralılar arasında uşaqlar da var - SİYAHI - FOTO

OXUNUB: 839 HADİSƏ

Bu gecə Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 Hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

"OKA" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Şəmkirdə baş verən yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub. Bunlar Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları -  5 yaşlı Nəzrin, 7 yaşlı Nihaddır.  

Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, 7 yaşlı Nihadın vəziyyətinin normal olduğu bildirilir.  Avtomobilin sürücüsü və bir uşaq sərnişin qəzada xəsarət almayıblar. 
  
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. /apa

İcmal.Az

RƏYLƏR