Şəmkirin icra başçısının müavini vəzifəsindən azad olundu

OXUNUB: 1063 SOSİAL
Şəmkir Rayon İcra hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad olunub.

İcmal.Az xəbər verir ki, RİH-dən Report-un Qərb bürosuna verilən məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

Həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilib.
 
İcmal.Az

RƏYLƏR