Çox qəribədir. İllərdir müşahidə edirəm: Hər ilin sonunda, büdcə müzakirələri yaxınlaşan ərəfədə sanki kimlərsə radikal müxalifətin "hərəki düymə”sini basır və onları xüsusi fəallıqla sosial şəbəkələrə yönləndirir.
Aranı qatmaq üçün. Suyu bulandırmaq üçün. İctimai rəyi yanlış istiqamətə yuvarlamaq üçün.
Və əlbət, "ənənəvi” olaraq, yenə də...Əli Kərimli adında məxluqat - əsas yaramazlıq missiyasını (yükünü) öz üzərinə götürüb və nimdaş feysbuk səhifəsindən bir sıra mövzularla bağlı absurd mülahizələr irəli sürüb. Məsələn, adam "qırmızı - qırmızı” qayıdıb ki, neft pulları hara gedir, neftdən gələn pullar niyə düzgün istiqamətə xərclənmir?!
Ay bədbəxt!
Bəs, bu qədər görülən işlər; dövlətin gücünün günbəgün artması, insanların rifah səviyyəsinin yüksəlməsi, qeyri-neft sektorunun sürətli inkişafı və ən əsası: o boyda nəhənglikdə Qarabağın sıfırdan inşası, yenidən qurulması sənə nəsə demirmi? Görmürsənmi bunları?
Yox, əgər görmürsənsə, görməzdən gəlirsənsə - bunun günahkarı bizmiyik? Əli Kərimlinin baxış bucağının - sadəcə və sadəcə qaraguruh tərifləri, laykları və şərhləri ətrafında dönməsinin günahkarı bizmiyik? Sənin "siyasi keşiş” həyatı yaşamağının, başını dəvəquşu kimi yerə soxmağının, genetik və gönetik korluğunun günahkarı bizmiyik?
Xeyr, təbii. Özünsən!
Ayrıca, onu da unudursan ki, 1 illik hakimiyyətiniz dövründə büdcə bir yana qalsın, "Qızıl fondu”nu belə yağmalamışdız, yığmalamışdız, süpürləmişdiz.
Dövlət müəssisələrinin təmirinə ayrılan, vergidən, istehsaldan, digər sahələrdən yığılan paraları belə 3-4 ailə arasında bölmüşdüz.
Hətta;
Ordu üçün nəzərdə tutulan vəsaiti, Azərbaycan əsgərinin "tuşenka”sını belə mənimsəmişdiz!
Amma indi...utanmadan pul sayırsan, pul ittihamı edirsən, puldan dəm vurursan.
***
Elçibəyin məşhur "Gömrük Konfransı”nda söylədiyi fikirləri xatırlayırsanmı?!
Xatırlamırsansa, qoy yadına salım: "Biz, tankın qarşısında dayana bildik, amma pulun, vəzifənin qarşısında – yox!”
Odur ki, Əli Kərimli!
Sənə tövsiyəm budur, ən azından öz keçmiş liderinin sözünü qulaqlarına sırğa edəsən və bir də belə mövzular haqda danışmayasan.
Çünki, danışdıqca batırsan və özünü daha da rəzil duruma salırsan...
Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.
























