Bir neçə gün əvvəl texniki xəta üzündən canlı efirdə baş verən məlum hadisədən sonra xalq artisti Afaq Bəşirqızına qarşı sosial şəbəkələrdə bəziləri tərəfindən aparılan kampaniya onun sənət dostları arasında hiddətlə qarşılanıb.
Məsələ ilə bağlı bir qrup tanınmış sənət adamı müraciət imzalayıb. Həmin müraciəti təqdim edirik:
"Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, umumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayaraq onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.
Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin! Afaq xanım, Sizi sevirik!!!
Xalq artisti Ramiz Fətəliyev
			Xalq artisti Mənsum İbrahimov
			Xalq artisti Ənvər Sadıxov
			Xalq artisti Zülfiyyə Xanbabayeva
			Xalq artisti Eyyub Yaqubov
			Xalq artisti Tünzalə Ağayeva
			Əməkdar artist Tahir İmanov
			Əməkdar artist Dilarə Əliyeva
			Əməkdar artist Elçin Həşimov
			Əməkdar artist Elnur Əhmədov
			TV prodüsseri Oqtay Əliyev”.
İcmal.Az
 
			 
				

























 
				 
				