“Sənin kimi rəzilin yanında əlbət ki, kimsə olmaz.” – Deputatdan Əli Kərimliyə sərt sözlər!!!

OXUNUB: 10 GÜNDƏM Özəl SİYASƏT

"Ay bədbəxt! Bəs deyirdin, yüz minlərlə tərəfdaşım var, partiyadaşım var, əqidədaşım var? Hardadı onlar? Niyə ortalıqda yoxdurlar? Niyə səni müdafiə eləmirlər? Niyə arxanca gəlmirlər?”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin həbsindən sonra radikal müxalifət düşərgəsində müşahidə edilən susqunluğa münasibət bildirərkən söyləyib.

"Əlbət, belə də gözlənilirdi. Yəni, təəccüblü, heyrətamiz nəsə baş vermir. Çünki, Əli Kərimlinin söylədikləri daim mif olub. Çünki, Əli Kərimli həmin adamdır ki, Partiyasının qeydiyyatı üçün tələb olunan 5 min imzanı güclə yığıb. Çünki, Əli Kərimli siyasi meyitdir, bitmiş insandır, tükənmiş rəzildir. Çünki, Əli Kərimli üz qarasıdır, vətən xainidir, yaramaz ünsürdür.

Belələrinin yanında isə kimsə olmaz. Ən azından, özünə hörmət edən insan olmaz.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR