Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırıb

OXUNUB: 1096 SİYASƏT

Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu mükafatlandırıb.

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, səfir iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə, ordenlə təltif edilib.

Azərbaycanlı diplomatla yanaşı Rusiya və Belarus səfirləri də yüksək mükafata layiq görülüblər.

İcmal.Az

RƏYLƏR