Səudiyyə Ərəbistanı Qətəri adaya çevirir

OXUNUB: 644 DÜNYA

Səudiyyə Ərəbistanının Qətərin quru ilə əlaqəsini tamamilə kəsəcək bir layihə üzərində işlədiyinə dair xəbərlər yayılıb.

İcmal.Az xəbər verir ki, bu barədə "Arab News” məlumat yayıb.

Səudiyyə Ərəbistanı sərhəd boyunca yeni bir kanal tikintisinə başlayıb.

Kanalın 60 km uzunluq, 20 metr en və 20 metr dərinlikdə olması planlaşdırılıb.

Layihənin həyata keçirilmısi ilə Qətərin quru ilə əlaqəsi tamamilə kəsiləcək və o, adaya çevriləcək.

Plana görə, işlər 12 aya yekunlaşdırılacaq. 2,8 milyard dollar başa gələcək.

 

İcmal.Az

RƏYLƏR